Modern.az

Bərdədə qanunsuz tikili söküldü - VİDEO

Bərdədə qanunsuz tikili söküldü - VİDEO

Aktual

10 Mart 2025, 10:52

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən daha bir qanunsuz tikili sökülüb.

Modern.az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Divanlı kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.

Müraciət əsasında qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza