Modern.az

Azərbaycan XİN-dən başsağlığı... 

Azərbaycan XİN-dən başsağlığı... 

Aktual

10 Mart 2025, 23:47

Azərbaycanın Xarici İşlər Nazirliyi Argentinaya başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

 

“Argentinada baş vermiş dağıdıcı daşqınlardan təsirlənmiş hər kəsə ən dərin başsağlığımızı bildiririk. Bu daşqınlar çoxlu insan tələfatına, bir neçə nəfərin itkin düşməsinə və infrastruktura ciddi ziyan vurulmasına səbəb olub.

 

Bu fəlakətdən ən çox zərər çəkmiş icmaların tez və effektiv bərpasını və normal həyatın qısa müddətdə bərpa olunmasına ümid edirik”, – paylaşımda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza