Modern.az

Bu yollarda tıxac var - SİYAHI

Bu yollarda tıxac var - SİYAHI

Aktual

12 Mart 2025, 08:20

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Hazırda yollardakı vəziyyət:

 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

 

2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

 

3. "20 Yanvar" dairəsində;

 

4. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

 

5. Babək prospekti, mərkəz istiqamətində;

 

6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 

9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

 

10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

 

11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 

12. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza