Modern.az

Astarada piyadanı vurub qaçan sürücü saxlanıldı

Astarada piyadanı vurub qaçan sürücü saxlanıldı

Aktual

12 Mart 2025, 13:34

Astarada piyadanı vurub qaçan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a bildirilib ki, martın 12-də saat 03 radələrində 1996-cı il təvəllüdlü R.Kazımzadə idarə etdiyi minik avtomobili ilə Astara şəhəri ərazisində piyada 1976-cı il təvəllüdlü Fuad Nuriyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza