Modern.az

Qəza 600 nəfəri qazsız qoydu

Qəza 600 nəfəri qazsız qoydu

13 Mart 2025, 00:52

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

 

Modern.az xəbər verir ki, "Opel" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində yol kənarındakı qaz xəttinə çırpılıb və onu zədələyib. Hadisədən sonra rayonun Padar və Yemişənli kəndlərində 600-ə yaxın abonentə mavi yanacağın verilişi dayandırılıb.

 

Qaz xəttinin bərpası məqsədilə hadisə yerinə mütəxəssislər cəlb olunub. Abonentlərə mavi yanacağın verilməsi istiqamətində iş aparılır.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza