Modern.az

UNEC reytinqdə mövqeyini gücləndirib

UNEC reytinqdə mövqeyini gücləndirib

Aktual

12 Mart 2025, 19:55

QS Dünya Universitetlərinin İxtisaslar üzrə reytinqi açıqlanıb.

 

Modern.az xəbər verir ki, reytinqdə UNEC “Sosial Elmlər və Menecment” ixtisas qrupu üzrə ötən illə müqayisədə (501-550) 100 pillə irəliləyərək, 401-450-ci yerə yüksəlib.

 

“İqtisadiyyat və ekonometrika” ixtisası üzrə sıralamada isə UNEC ümumilikdə 61,3 bal toplayaraq, (akademik reputasiya – 58,4; işəgötürənlərin reputasiyası – 60,9; sitatların sayı- 71,0; H-indeksi – 57,7) ötən ilki mövqeyini 351-400-cü yerdə qoruya bilib.

 

Bu ilki reytinqdə ümumilikdə 148 ölkədən 5203 təhsil müəssisəsi auditə cəlb olunub. Onlardan 1747 təhsil müəssisəsi 55 ixtisas üzrə sıralamada iştirak edib. Reytinq 5 qrup üzrə 50-dən çox spesifik ixtisası əhatə edir. İxtisas qrupları və ixtisaslar 5 əsas indikator üzrə qiymətləndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur