Modern.az

“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

13 Mart 2025, 09:00

Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin və müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 15 mart 2025-ci il tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.

 

Modern.az xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, kitablar və s.) əldə edə biləcəklər.

 

Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif master klasslar ilə keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz. 

 

Tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emala yönləndirmək məqsədilə keçirilir.

 

 ?Yasamal rayonu, Hüseyn Cavid parkı

 ? 15 mart 2025-ci il

  ⏰ 15:00-17:00

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza