Modern.az

Bank kartından oğurluq edən şəxs tutuldu

Bank kartından oğurluq edən şəxs tutuldu

Aktual

13 Mart 2025, 14:45

Nəsimi rayonunda bank kartından oğurluq edən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 424 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı K.Əlizadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza