Modern.az

İcbari tibbi sığortadan nə qədər vətəndaş yararlanıb?

İcbari tibbi sığortadan nə qədər vətəndaş yararlanıb?

Aktual

14 Mart 2025, 11:44

2024-cü ildə dövlət tibb müəssisələrinə 5236,4 min nəfər şəxs 24 milyondan çox müraciət edib, başqa sözlə ölkə əhalisinin 50%-dən çoxu icbari tibbi sığortadan yararlanıb.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.

Məlumata görə, müraciətlərin 56%-i rayonların, 44%-i isə Bakı şəhərinin payına düşüb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmətlərin sayı 83656,5 min təşkil edib. Tibbi xidmətlərin 87%-i ambulator və 13%-i stasionar şəraitdə göstərilib. Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində 106 tibb müəssisəsi fəaliyyət göstərdiyi üçün göstərilən tibbi xidmətlərin böyük hissəsi mərkəzin payına düşüb, habelə Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanası ən çox tibbi xidmət göstərən dövlət tibb müəssisələri olub.

Qeyd edilib ki, ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük əzələ sisteminin xəstəlikləri əhalinin ən çox müraciət etdiyi xəstəliklər olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "1542" Çağrı Mərkəzinə 2024-cü ildə 280,5 min müraciət edilib. Daxil olan zənglərin 80,6%-i 10 saniyə ərzində cavablandırılıb, ümumilikdə orta gözləmə müddəti 15 saniyə təşkil edib. Çağrı Mərkəzinə daxil olan müraciətlər əsasən müayinə və müalicə, özəl tibb müəssisələrinə göndərişlər, tibbi vasitələr və dərman təchizatı məsələləri ilə bağlı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu