Modern.az

ETX maarifləndirmə tədbiri keçirib

ETX maarifləndirmə tədbiri keçirib

Aktual

14 Mart 2025, 17:17

Martın 12-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.

Modern.az xəbər verir ki, ümumilikdə 200 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşları tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.

Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, həmçinin sosial şəbəkələrdən istifadə mövzularına toxunaraq gənclərin maarifləndirilməsini həyata keçirməkdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza