Modern.az

Qonşuluq şəraitində yaşamağa çalışmalıyıq

Qonşuluq şəraitində yaşamağa çalışmalıyıq

Aktual

14 Mart 2025, 18:49

Ətrafda baş verən böhranlardan regionun qorunması vacib məsələdir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.

 

O təəssüflə xatırladıb ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub:

 

“Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq”.

 

Dövlət başçısı qeyd edib ki, o zaman SSRİ çərçivəsində müstəqil dövlətlər yox idi, hərə öz gələcəyini planlaşdırmaq iqtidarında deyildi:

 

“Böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza