Modern.az

Azərbaycanda axtarışda olan 145 nəfər tutuldu

Azərbaycanda axtarışda olan 145 nəfər tutuldu

Aktual

15 Mart 2025, 10:14

Martın 14-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?