Modern.az

Sürücülük vəsiqəsi imtahanını DİM keçirə bilər?

Sürücülük vəsiqəsi imtahanını DİM keçirə bilər?

17 Mart 2025, 17:28

Sürücülük vəsiqəsi imtahanı DİM tərəfindən keçirilməyəcək.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatına həsr olunan tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, DİM sadəcə taksi və yük avtomobili sürücüləri üçün imtahan keçirir:

"Bu tapşırıqları bizə Nazirlər Kabineti verir, hansı tapşırıqlar verilirsə, biz onu icra edirik"- deyə o əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB