Modern.az

Bərdədə doğuş zamanı ana ölüb: körpəsi sağ qalıb

Bərdədə doğuş zamanı ana ölüb: körpəsi sağ qalıb

Aktual

18 Mart 2025, 10:24

Bərdə rayonunda doğuş zamanı 28 yaşlı ana ölüb.

Modern.az xəbər verir ki, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Firuzə Qaçaylı kəskin ağrılarla xəstəxanaya müraciət edib.

Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan körpə (oğlan) isə sağdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?