Modern.az

Bakıda Azərbaycan-Rusiya Forumu keçiriləcək

Bakıda Azərbaycan-Rusiya Forumu keçiriləcək

Aktual

18 Mart 2025, 14:20

Yaxın vaxtlarda Bakıda 13-cü Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Modern.az bu barədə İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi" MMCyə istinadən xəbər verir.

Məlumata görə, artıq forumla bağlı hazırlıqlara başlanılıb.

Tədbir çərçivəsində plenar sesiyalar təşkil ediləcək. Forumda 300-dən çox qonağın iştirakı gözlənilir.

Xatırladaq ki, ötən il Azərbaycan-Rusiya Regionlararası Forumu Stavropol diyarının Mineralnıe Vodı şəhərində keçirilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi