Modern.az

Yasamalda 72 yaşlı şəxsə qarşı quldurluq

Yasamalda 72 yaşlı şəxsə qarşı quldurluq

19 Mart 2025, 11:16

Yasamal rayonunda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yerləşən evlərdən birinin qarşısında naməlum şəxsin 72 yaşlı bir nəfərə fiziki zor tətbiq etməklə 800 manat dəyərində mobil telefonunu və qol saatını talaması barədə polisə məlumat daxil olub.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı A.Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var