Modern.az

Nikita Mixalkov yenə xəstəxanaya yerləşdirildi

Nikita Mixalkov yenə xəstəxanaya yerləşdirildi

19 Mart 2025, 13:42

79 yaşlı rusiyalı kinorejissor Nikita Mixalkov yenidən xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, Rusiya mətbuatında dərc olunan yazılara görə, onun ürəyində ciddi problemlər yaranıb. Mixalkovun vəziyyəti martın əvvəlində, qan təzyiqi qəfil qalxdıqdan sonra pisləşməyə başlayıb. Bu zaman xəstəxanaya çatdırılıb və həkimlər onun vəziyyətini stabilləşdirə biliblər.

Lakin müayinələr nəticəsində onun ürək-damar sistemində və təzyiqində problemlər olduğu üzə çıxıb.
O zaman məşhur rejissorun ambulator narkoloji müalicə ala biləcəyi barədə qərar qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var