Modern.az

Lerikdə şəhid və qazı ailələri ziyarət edildi - FOTOLAR

Lerikdə şəhid və qazı ailələri ziyarət edildi - FOTOLAR

Aktual

18 Mart 2025, 16:00

Lerik Dövlət Aqrar İnkişaf Mərkəzi Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi Lerik Rayon İcra Hakimiyyəti ilə birgə Novruz Bayramı ərəfəsində şəhid və qazı ailələrini ziyarət edib.

Modern.az xəbər verir ki, görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova, Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cahani Nüsrətzadə, ASİHİB-nin şöbə müdiri Anar Tağıyev və mütəxəssis Rəhman Vəliyev Vətən müharibəsində Azərbaycan ordusunun şücaətindən danışmış, xalqımızın tarixi qələbəsinin əhəmiyyətindən, əsgər və zabitlərimizin rəşadətini qeyd ediblər.

Şəhid və qazi ailələri dövlətimiz tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-preziden Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər və dövlət qurumları tərəfindən onlara göstərilən diqqətdən məmnunluqla danışıblar.

Sonda ASİHİB-i tərəfindən şəhid və qazı ailələrinə sovqatlar verilmiş və onların az yaşlı övladları üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hazırladığı bayram qutuları təqdim edilib.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi