Modern.az

Paşinyan yenə “Real Ermənistan”dan danışdı: 29743 kv. km...

Paşinyan yenə “Real Ermənistan”dan danışdı: 29743 kv. km...

Aktual

20 Mart 2025, 09:04

“Real Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri olan Ermənistan Respublikasıdır. Bu, çox sadə ifadə kimi görünür, amma son illər məni çox təəccübləndirdi ki, çoxlarımız bu rəqəmlə - 29 743 kvadrat kilometr tanış deyilik”.

Modern.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “Real Ermənistan” ideologiyası layihəsinin ikinci müzakirəsi zamanı deyib.

“Burada növbəti sual yaranır: niyə bu rəqəm bizə tanış deyil? Axı bu, dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bir sıra məlum situasiyalarda tənqidlər səsləndirildi: mən niyə bu və ya digər ölkənin ərazi bütövlüyünü tanıdım? Bunun üçün motivasiya nədir? Bildirmək istəyirəm ki, bunun üçün ən mühüm motiv o idi ki, ilk növbədə özümüz ölkəmizin ərazi bütövlüyünü tanımalıyıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi