Modern.az

Paşinyan özünü Rusiyanın qucağına ATIR

Paşinyan özünü Rusiyanın qucağına ATIR

20 Mart 2025, 09:30

Ermənistanın baş naziri Nikol Paşinyan son geosiyasi proseslərdən sonra Rusiyaya yenidən yaxınlaşmağa cəhd göstərir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinin dərc etdiyi məqalələrdə bildirilir.

Dolayısı ilə Nikol Paşinyan özünü  Rusiyanın qucağına atmaq qərarına gəlib.

“Hraparak” qəzeti yazır ki, baş nazir bütün dövlət idarələrinə Rusiya ilə üfüqi idarələrarası əlaqələri bərpa etməyi, bütün tədbirlərdə, görüşlərdə iştirak etməyi tapşırıb.

Nikol Paşinyan artıq Rusiya prezidentinin dəvətini qəbul edib və mayın 9-da Moskvada keçirilməsi nəzərdə tutulan oaradda- faşizm üzərindəki qələbənin 80-ci ildönümündə iştirak edəcək.

Ermənistanda hakimiyyətin taleyinin Putinlə təmasda müəyyənləşəcəyinə inanan hakim “Vətəndaş müqaviləsi” partiyası bu səfəri təngnəfəsliklə gözləyir. Paşinyanı yaxından tanıyanlar inanırlar ki, o, Putinə boyun əyməkdə çətinlik çəkməyəcək və yenidən rus qılıncı altından keçəcək.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama