Bu gün saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Culfada 21 m/s, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18 m/s, Naxçıvanda 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4 metrdir.
Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır.
Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.