Modern.az

ADY iki gündə 3800-ə yaxın sərnişin daşıyıb

ADY iki gündə 3800-ə yaxın sərnişin daşıyıb

20 Mart 2025, 19:17

Azərbaycan Dəmir Yolları QSC (ADY) 18-20 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib.

 

Modern.az ADY-yə istinadən xəbər verir ki, 18-20 mart tarixlərində bütün qatarlarda 100%-ə yaxın doluluq qeydə alınıb.

 

Qeyd olunub ki, tələbatı təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 28, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 20 əlavə reys təyin olunub, Bakı-Balakən-Bakı qatarlarına isə əlavə vaqonlar qoşulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var