Modern.az

Xırdalanda su kəsildi

Xırdalanda su kəsildi

Aktual

21 Mart 2025, 22:22

Xırdalan şəhərində su təchizatı müvəqqəti dayandırılıb.

 

Bu barədə Modern.az-a Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.

 

“Abşeron rayon Xırdalan şəhərində kanalizasiya xəttində yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır.

 

Bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı 21 mart tarixdə saat 22:00 dan, 22 mart tarixi səhər saatlarına qədər dayandırlacaq”, – məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək