Modern.az

Azərbaycan türkləri Urmiyada etiraza QALXDILAR - VİDEO

Azərbaycan türkləri Urmiyada etiraza QALXDILAR - VİDEO

Aktual

22 Mart 2025, 15:30

Güney Azərbaycanın Urmiya şəhərində etiraz aksiyaları geniş vüsət alıb.

Modern.az xəbər verir ki, şəhərin türkdilli əhalisi – Azərbaycan türkləri Urmiyanın tarixi və mədəni kimliyinə qarşı yönəlmiş hər hansı dəyişikliyi qəbul etmədiklərini və bu məsələdə İran hökumətinin siyasətinə açıq şəkildə etirazlarını bildiriblər.

Onlar türk düşmənlərinə, Qərbin və İran rejiminin dəstəklədiyi terror təşkilatlarına və havadarlarına küçələrə çıxmqala etiraz ediblər.

Aksiya iştirakçıları "Azərbaycan var olsun, istəməyən kor olsun!", “Urmu Kürdüstan olmaz, bu torpaqdan pay olmaz!” şüarları səsləndiriblər.

Qeyd edək ki, İran hökuməti Urmiyada əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinə Novruz bayramı ilə bağlı tədbirlər keçirməyə icazə vermədiyi halda, kürdlərə belə qadağa tətbiq etməyib. Kürdlər də öz tədbirlərində Azərbaycan ərazilərinə iddalarını səsləndirib, Urmiyanın "kürdistan" olduğunu bildirərək öz bayraqlarını qaldırıblar.

Nəticədə Urmiyanın türkdilli əhalisi ayağa qalxmağa məcbur olub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər