Modern.az

3 nəfər suşidən zəhərləndi

3 nəfər suşidən zəhərləndi

23 Mart 2025, 22:01

Gəncə şəhərində üç nəfər qidadan zəhərlənib. 

 

Modern.az “Report”a istinadən xəbər verir ki, Gəncə şəhərində T.Cabbarzadə (2002), G.Əmiraslanova (2001) və K.Kərimova (2004) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

 

Onların suşidən zəhərləndikləri ehtimal olunur. Zərərçəkənlərə tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, suşi düyü, nori yosunu, balıq və dəniz məhsulları kimi müxtəlif içalatdan hazırlanan yapon yeməyidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza