Modern.az

“Quska” yenə hakim qarşısına çıxacaq

“Quska” yenə hakim qarşısına çıxacaq

Aktual

24 Mart 2025, 19:51

Altı illik həbsdən sonra yeni ittihamla 9 il daha eyni növ cəzaya məhkum edilən keçmiş deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Quska” kimi tanınan Abdullayev özünü heç bir epizod üzrə təqsirli bilmir, bəraət istəyir.

 

Bakı Apellyasiya Məhkəməsi şikayəti bayram günlərindən sonra araşdıracaq.

 

Xatırladaq ki, “Quska” 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış sonradan müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək