Modern.az

Nazirlik 1162 mənzili satışa çıxarır

Nazirlik 1162 mənzili satışa çıxarır

Aktual

25 Mart 2025, 13:12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bir sıra mənzilləri satışa çıxaracaq.

Modern.az Trend-ə istinadən xəbər verir ki, 69 tip üzrə 1162 mənzilin satışa çıxarılması nəzərdə tutulub.

Məlumata əsasən, satışa çıxarılacaq mənzillər 70 binada yerləşir.

Nazirlik artıq qeyd olunan işlərlə bağlı müvafiq işlərə başlayıb.

Belə ki, ƏƏSMN hazırda satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətini göstərəcək şirkət axtarışındadır.

Nazirlik eyni zamanda sözügedən xidməti göstərəcək şirkətə 18 624 manat ödəməyə də hazır olduğunu bildirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza