Modern.az

Heyvanlar hansı insan xəstəliklərindən ölürlər...

Heyvanlar hansı insan xəstəliklərindən ölürlər...

29 Mart 2025, 10:31

Dünyada insanların həyat müddətinə dair gözləntilər illər ərzində kəskin şəkildə dəyişib. 1950-ci ildə orta ömür uzunluğu cəmi 46 il olsa da, bu gün doğulan körpələrin ömür gözləntisi 75 ili ötüb. Amma hər il milyonlarla insan qarşısı alına bilən xəstəliklər səbəbilə həyatını vaxtsız itirir.

Dünya Səhiyyə Təşkilatının 2024-cü ildə təqdim etdiyi hesabata əsasən, 2021-ci ildə dünyada 68 milyon insan dünyasını dəyişib. Ölüm səbəblərinin əsasını ürək-damar xəstəlikləri təşkil etsə də, Covid-19 və digər qarşısı alına bilən xəstəliklər də ciddi itkilərə səbəb olub.

Onu da qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının hesabatı 2024-cü ildə yayımlansa da, məlumatlar 2021-ci ilə aiddir. Bunun səbəbi dünyadakı müvafiq qurumların inzibati qeydlərindəki məlumatların toplanması və sistemləşdirilməsi prosesinin uzun müddət almasıdır. Nəticədə ölüm statistikasına dair məlumatlar 2-3 il geridən gəlir.

Modern.az xəbər verir ki, insanlar əsasən aşağıdakı 10 xəstəlik səbəbindən həyatlarını itiriblər.

1. İşemik ürək xəstəliyi. Bu xəstəlik 2021-ci ildə 9 milyon insanın ölümünə səbəb olub ki, bu da həmin il ölənlərin 13,2 faizini təşkil edir.

2. COVİD-19. Həmin il bu xəstəlik səbəbindən 8,7 milyon insan ölüb, bu da 2021-ci ildə ümumi ölüm halı qeyd edilənlən insanların 12,8 faizini təşkil edir.

3. İflic. Bir ildə 7 milyon adam bu xəstəlikdən həyatını itirib, bu ölənlərin 10,2 faizi deməkdir.

4. Xronik obstruktiv ağciyər xəstəliyi. 2021-ci ildə bu səbəbdən ölənlərin 2,5 milyondur, yəni həmin il ölənlərin 3,6 faizi bu səbəbdən həyatını itirib.

5. Aşağı tənəffüs yolu infeksiyaları. 2024-cü il statistikalarına görə həmin il bu xəstəlikdə ölənlərin ümumi sayı 2,5 milyondur ki, bu da həyatını itirən şəxslərin 3,6 faizi deməkdir.

6. Nəfəs borusu, bronx, ağciyər xərçəngi. Bir ildə ölənlərin 2,7 faizi, yəni 1,9 milyon şəxs adıçəkilən xərçəng xəstəliyi səbəbindən həyatını itirib.

7. Alzeymir. Bu səbəbdən ildə 1,8 milyon şəxs həyatını itirib, bu da həmin il toplam ölənlərin 2,7 faizi deməkdir.

8. Şəkər xəstəliyi. Bu səbəbdən ölənlərin ümumi sayı isə 1,6 milyondur ki, bu həmin il ölənlərin 2,4 faizini təşkil edir.

9. Böyrək xəstəlikləri. Bir ildə böyrək xəstəlikləri səbəbindən ölən insanların həmin il ölənlərin 2,1 faizini təşkil edir. Ümumilikdə 2021-ci ildə 1,4 milyona şəxs bu səbəbdən həyatını itirib.

10. Vərəm. İnsanlıq tarixinin ilk xəstəliklərindən hesab olunan vərəm səbəbindən hər il milyonlarla insan həyatını itirir. 2021-ci ildə də bu səbəbdən həyatını itirənlərin sayı 1,4 milyon olub. Bu da həmin il ölənlərin 2 faizini təşkil edir.

İnsanlar və heyvanlar arasında bəzi xəstəliklər ortaq olsa da, onların yayılması və təsiri fərqli ola bilər. Məsələn, bəzi infeksion xəstəliklər zoonoz xarakter daşıyır, yəni heyvanlardan insanlara və ya əksinə keçə bilər. Lakin, bəzi xroniki xəstəliklər, xüsusilə də həyat tərzi ilə əlaqəli olanlar, insanlarda daha çox rast gəlinir.

Aparılan araşdırmalar onu deməyə əsas verir ki, insanlarda ən çox ölümə səbəb olan xəstəliklər və onların heyvanlar arasında yayılması çox az rastalnır. Məsələn:

İşemik ürək xəstəliyi insanlarda əsas ölüm səbəblərindən biri olsa da, heyvanlarda, xüsusilə də ev heyvanlarında ürək xəstəlikləri daha az müşahidə olunur və heyvanlar arasında bu xəstəlik nadir hesab olunur. Bu fərq əsasən insanlarda rast gəlinən risk faktorlarının məsələn, siqaret çəkmə, yüksək xolesterin, yüksək qan təzyiqi heyvanlarda olmaması ilə izah edilir.

COVID-19 virusu insanların ölümünə ciddi təsir etsə də, heyvanlarda bu kimi hallar çox nadir qeydə alına bilər. Lakin bəzi heyvan növlərində də infeksiya daşıyıcısı olur. Məsələn, nork fermalarında və bəzi ev heyvanlarında -pişiklər və itlər virus aşkar edilib. Bununla belə, heyvanlarda xəstəliyin gedişi adətən yüngül olur və onların insanlara virus ötürməsi nadir hallarda baş verir.

İflic insanda iflic əsasən beyin damarlarının tutulması və ya partlaması nəticəsində yaranır. Heyvanlarda, xüsusilə də itlərdə və pişiklərdə, beyin damar problemləri müşahidə olunsa da, insanlardakı kimi geniş yayılmayıb və səbəblərindən biri kimi insanların həyat tərzlərinin daha stresli olması ilə əlaqələndirilir.

Xronik obstruktiv ağciyər xəstəliyi insanlarda əsasən siqaret çəkmə və hava çirkliliyi ilə əlaqəlidir. Heyvanlarda KOAH-a bənzər vəziyyətlər nadirdir və adətən spesifik ekoloji və ya genetik faktorlarla bağlı olur.

Aşağı tənəffüs yolu infeksiyaları, həm insanlarda, həm də heyvanlarda rast gəlinir. Məsələn, atlarda "qış öskürəyi" və ya itlərdə "kennel öskürəyi" kimi tanınan xəstəliklər aşağı tənəffüs yollarını təsirləndirir.

Nəfəs borusu, bronx, ağciyər xərçəngi insanlarda əsasən siqaret çəkmə ilə əlaqəlidir. Heyvanlarda, xüsusilə də ev heyvanlarında, bu cür xərçənglər nadirdir və bu xəstəliklər də adətən genetik meyllilik və ya ətraf mühit faktorları ilə bağlıdır.

Alzheimer xəstəliyi insanlarda demensiyanın əsas səbəbidir. Bəzi heyvanlarda, xüsusilə də yaşlı itlərdə, "kognitiv disfunksiya sindromu" adlanan və Alzheimerə bənzər simptomlar müşahidə oluna bilər.

Şəkərli diabet həm insanlarda, həm də heyvanlarda çox rast gəlinir. Adətən ev heyvanları olan itlər və pişiklər şəkərli diabetə meylli olur və bu hall ciddi insulin müalicəsi tələb edə bilər.

Böyrək xəstəlikləri də həm insanlarda, həm də heyvanlarda geniş yayılıb. Xüsusilə də yaşlı pişiklərdə xroniki böyrək xəstəlikləri tez-tez müşahidə olunur.

Vərəm insanlarda ciddi bir infeksion xəstəlik olduğu kimi heyvanlarda da, xüsusilə də mal-qara və bəzi vəhşi heyvanlarda, vərəm infeksiyaları qeydə alınır.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) tərəfindən hazırlanan statistikalar onu deməyə əsas verir ki, heyvanlarda ən çox ölümə səbəb olan xəstəliklər arasında quduzluq, mavi dil xəstəliyi, quş qripi və müxtəlif zoonoz infeksiyalar yer alır.

İnsan və heyvanlarda bəzi xəstəliklərin oxşar olması genetik, fizioloji və ətraf mühit faktorları ilə izah edilir. Məsələn, məməli heyvanların və insanların orqan sistemlərinin bənzərliyi bəzi xəstəliklərin hər iki qrupa təsir etməsinə səbəb olur. Bununla yanaşı, bəzi infeksion xəstəliklər zoonoz xarakter daşıyır və bu da onların həm insanlarda, həm də heyvanlarda rast gəlinməsinə gətirib çıxarır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?