Modern.az

Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir - Yaşar Gülər

Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir - Yaşar Gülər

Aktual

30 Mart 2025, 16:55

Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Çanaqqalada Amfibiya Korpusu Komandanlığında bayram namazını qıldıqdan sonra müraciətində deyib.

 

O bildirib ki, Türkiyə Azərbaycan, Şimali Kipr, Liviya, Qətər, Somali, Kosovo, Bosniya-Herseqovinada, habelə bir sıra bölgələrdə qardaş, dost və müttəfiq ölkələrin haqlı mübarizələrinə dəstək verməyə davam edir: “Beləliklə, Türkiyə qlobal sülh və sabitliyə töhfə verir”.

 

Nazir söyləyib ki, Türkiyə Silahlı Qüvvələri bu fəaliyyətlərlə yanaşı, həm də genişmiqyaslı təlimlər keçirir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?