Modern.az

Naxçıvanda bayram günlərində 36 nəfər zəhərlənib

Naxçıvanda bayram günlərində 36 nəfər zəhərlənib

Aktual

1 Aprel 2025, 15:20

Naxçıvan Muxtar Respublikasında bayram tətili günlərində 36 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib.

Modern.az xəbər verir ki, bu barədə Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müraciət edənlərdən 29-u qidadan, 3-ü dərmandan, 4-ü isə dəm qazından zəhərlənib. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, müalicə üçün evə buraxılıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!