Modern.az

Yaponiyada güclü ZƏLZƏLƏ

Yaponiyada güclü ZƏLZƏLƏ

Aktual

2 Aprel 2025, 08:05

Yaponiya sahillərində 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 125 minə yaxın insanın yaşadığı Okinavadan 84 km cənub-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.

Mərkəz həmçinin Sakit okean-Antarktika silsiləsi regionunda 6,4 maqnitudalı zəlzələ olduğunu bildirib. Ən yaxın böyük yaşayış məntəqəsi 10 km dərinlikdə yerləşən zəlzələ mənbəyindən təxminən 3,4 min km qərbdə yerləşib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!