Modern.az

Zəlzələdə ölənlərin sayı AÇIQLANDI

Zəlzələdə ölənlərin sayı AÇIQLANDI

Aktual

2 Aprel 2025, 09:00

Tailandin paytaxtı Banqkokda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 22-yə çatıb. 

 

Moden.az xarici KİV-ə istinadən xəbər verir ki, 72 nəfər isə hələ də itkin düşüb.

 

Məlumata görə, paytaxtın şimalındakı Çatuçak rayonunda Baş Auditorluğun 30 mərtəbəli binasının uçduğu yerdə axtarış-xilasetmə əməliyyatları davam edir.

 

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamenti onun gücünü 8,2 bal gücündə qiymətləndirib. İlk zəlzələdən sonra 6,4 bal gücündə daha bir zəlzələ baş verib. Fəlakət Taylanda da təsir edib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!