Modern.az

Vitali Balasanyan “xortladı”

Vitali Balasanyan “xortladı”

Aktual

2 Aprel 2025, 09:12

Şənbə günü İrəvandakı Azadlıq meydanında Qarabağdan köçüb gələn ermənilərin mitinqi keçirilib.
Mitinqin sonlarına yaxın ərazidə qondarma “artsax təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan da gözə dəyib.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, mitinq iştirakçıları V.Balasanyandan “artsax”ın süqutu ərərfəsində azərbaycanlılarla hansı danışıqlar apardığına aydınlıq gətirməsi üçün izahat tələb ediblər.

“Hraparak” xatırladıb ki, 44 günlük müharibədən sonra Rusiya sülhməramlı komandanlığı ilə isti münasibətdə olan V.Balasanyan azərbaycanlılarla danışıqlara cəlb olunub. Qarabağ erməniləri Balasanyanı müharibədən iki il sonra Fərrux yüksəkliyini təhvil verməkdə ittiham edirdi. Balasanyan deyib ki, bu məsələ ilə heç bir əlaqəsi yoxdur və ittihamların ünvanı o deyil.

Xocalı qatilinin sözlərinə görə, “qoşunların” Fərruxdan  çıxarılması barədə göstərişi o deyil, “artsax ordusunun komandanı” Kamo Vardanyan verib.

V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. O, Xocalı qətliamını törədənlərdən biridir.

Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. Sentyabrın 28-də isə o, Qarabağı tərk edərək gizli yollarla Ermənistana qaçıb.

Ermənistan mətbuatı onun dağ yolları ilə qaçmağa müvəffəq olduğu barədə məlumat yayıb. İddiaya görə, Balasanyan gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib.

A.Qorxmaz
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!