Modern.az

Həkim üzgərmə əməliyyatında canlı yayım açdı - Araşdırma BAŞLADI

Həkim üzgərmə əməliyyatında canlı yayım açdı - Araşdırma BAŞLADI

Aktual

2 Aprel 2025, 09:20

Üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki, hadisənin araşdırılması üçün işçi qrup yaradılıb.

"Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək",- qurumdan verilən məlumatda bildirilir.

Qeyd edək ki, sosial mediada "Tuana estetic centre" klinikasında Esmira adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub, canlı yayım açdığı haqda video görüntülər yayılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!