Modern.az

Liderlərdən İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Liderlərdən İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Aktual

2 Aprel 2025, 15:24

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluğumuzu bildiririk.

Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayırıq.

Uca Allahdan diləyimiz budur ki, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etsin".

***

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri Prezident İlham Əliyev.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

Uca Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirik.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Sizi, ailənizi və bütün Azərbaycan xalqını Şimali Kipr Türk Cümhuriyyətinin xalqı adından və şəxsən öz adımdan Novruz və Ramazan bayramları münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizə dərin ehtiramımı ifadə edirəm".

***

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Zati-alinizə cansağlığı, uzun ömür, dost ölkənizə və xalqınıza davamlı inkişaf, tərəqqi, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq diləyirəm.

Bayramınız mübarək!"

***

Hindistan Respublikasının Baş naziri Narendra Modi Prezident İlham Əliyevi təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Mübarək Ramazan ayında İslam inanclı 200 milyon hindistanlı dünyadakı qardaş və bacılarına qoşularaq oruc tutub və dua edib.

Ramazan bayramı təfəkkür, şükür və birlik bayramıdır.

Bu bayram qlobal birliyin üzvləri olaraq bizi birləşdirən mərhəmət, alicənablıq və həmrəylik dəyərlərini əks etdirir.

Bu əlamətdar bayram münasibətilə bütün dünya xalqlarına cansağlığı, xoşbəxtlik, sülh və harmoniya arzulayırıq. Qoy ölkələrimiz arasında dostluq əlaqələri daha da möhkəmlənsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

 

***

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Mübarək Ramazan bayramı münasibətilə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Tarix boyu bu müqəddəs bayramın adət-ənənələri və yüksək mənəvi idealları xalqlarımıza saflıq, paklıq, mərhəmət, tolerantlıq, xeyirxahlıq, qarşılıqlı dəstək, nəciblik və xoşməramlılıq kimi dəyərləri təbliğ edib.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri və çoxşaxəli əməkdaşlıq bu mübarək bayramın yüksək dəyərləri sayəsində xalqlarımızın köklü mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Uca Yaradandan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi, firavanlıq, əmin-amanlıq diləyirəm".

 

***

Mərakeşin Kralı VI Məhəmməd Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizə ən xoş arzularımı çatdırıram".

 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!