Modern.az

Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlandı

Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlandı

Aktual

3 Aprel 2025, 17:02

Gürcüstandan Azərbaycana gələn maşında xeyli miqdarda dərman preparatı aşkar edilib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Tovuz Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postunda Gürcüstandan gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilmiş 3 920 ədəd "Trittico" adlı dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi