Modern.az

Axtarışda olan 115 nəfər saxlanıldı

Axtarışda olan 115 nəfər saxlanıldı

Aktual

4 Aprel 2025, 09:48

Ötən gün ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 115 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular