Modern.az

Biləsuvarda iki mərtəbəli evdə yanğın

Biləsuvarda iki mərtəbəli evdə yanğın

Aktual

7 Aprel 2025, 09:24

Biləsuvar rayonunda iki mərtəbəli evdə yanğın olub.

Modern.az xəbərə görə hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Belə ki, Tağı Qasımova məxsus ümumi sahəsi 192 kvadratmetr olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 6 otaqlı evdə yanğın olub.

Dərhal əraziyə Biləsuvar rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb, digər tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü