Modern.az

Minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya olundu

Minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya olundu

Aktual

7 Aprel 2025, 15:47

Aprelin 6-ı 10:15 radələrində Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 16.12.1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Modern.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü