Modern.az

Sahib Məmmədov onu işdən çıxardı

Sahib Məmmədov onu işdən çıxardı

Aktual

7 Aprel 2025, 20:30

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Əbil Ağasiyev vəzifəsindən azad edilib.

 

Modern.az Pravda.az-a istinadən xəbər verir ki, Konfederasiyanın sədri Sahib Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl, Ə.Ağasiyevin rəhbərlik etdiyi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti "Turizm və Ekskursiyalar" Şurası ilə birləşdirilib. Qurumların bazasında Kurort-Turizm Mərkəzi yaradılıb və Ə.Ağasiyev rəhbərlikdən kənarlaşdırılıb. "Kurort" QSC-nin balansına "Abşeron" mədə-bağırsaq, "Bilgəh" kardioloji, "Qaranquş" uroloji, "Günəşli" nevroloji, "Şıx", "Naftalan", "Pirşağı", "Xəzər", "Şəki" İstirahət Mərkəzi, "Hacıkənd" İstirahət Evi, "Avtonəqliyyat" müəssisəsi, "Azərbkurorttikintitəmir" Birliyi, "Azərkurortlayihə", Azərbminsugeokaptaj" respublika ekspedisiyası, "Kurort" Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və "Miras" Məhdud Məsuliyyətli Cəmiyyəti daxil idi.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü