Modern.az

Hər şagirdin işi ən azı 20 müxtəlif marker tərəfindən yoxlanılır

Hər şagirdin işi ən azı 20 müxtəlif marker tərəfindən yoxlanılır

Aktual

8 Aprel 2025, 11:53

Bu il martın 2-də və 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında çıxışı zamanı deyib.

O bildirib ki, bir tapşırığın iki marker tərəfindən yoxlanıldığını nəzərə alsaq, 3,5 milyona yaxın qiymətləndirmə həyata keçirildiyi məlum olur.

Yazı işlərinin qiymətləndirilmə prosesinin hər bir tapşırıq üzrə ayrı aparılmasının faydalarından danışan A.Qasımov bununla markerlərin ardıcıl olaraq yalnız həmin tapşırığı işlədiyi üçün sürətli və keyfiyyətli yoxlama apara bildiklərini,  istənilən bir şagirdin hər tapşırıq üzrə yazı işinin iki ayrı marker tərəfindən qiymətləndirilməsinin onun hər hansı işarələmə vasitəsilə yazı işini tanıtması cəhdlərini sıfra saldığını və bu qayda ilə hər şagirdin ümumi işinin ən az 20 müxtəlif marker tərəfindən yoxlanılmış olmasını qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM