Modern.az

Mərkəzi Bank “Azərpoçt”u cərimələdi

Mərkəzi Bank “Azərpoçt”u cərimələdi

8 Aprel 2025, 15:48

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

Modern.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən “Azərpoçt” 50 min manat, 598.1.1-ci 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən isə onun vəzifəli şəxsi 10 min manat cərimələnib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM