Modern.az

Bakıda yeni park SALINIR

Bakıda yeni park SALINIR

8 Aprel 2025, 16:16

Bakının Nəsimi rayonunda yeni park salınacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "iqtisadiyyat.az" Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.

 

Məlumata görə, yeni park 28 May küçəsindən "The Ritz-Carlton Baku" otelinə qədər olan 12 ha ərazidə salınacaq.

 

BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.

 

Parkın layihə-smeta sənədlərinin 2.45 milyon manata hazırlanacağı proqnozlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM