Modern.az

Xələf Xələfov Lavrovun müavini ilə görüşdü

Xələf Xələfov Lavrovun müavini ilə görüşdü

Aktual

8 Aprel 2025, 20:24

Moskvada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə siyasi dialoqun dərinləşdirilməsi və ticari-iqtisadi əməkdaşlığın artırılması məsələləri müzakirə olunub. Rusiyanın Azərbaycanda mədəni, humanitar və informasiya mövcudluğunun praktiki aspektlərinə xüsusi diqqət yetirilib.

Tərəflər, həmçinin Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə işin vacibliyini qeyd ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM