Modern.az

10 ildə 3600-dən çox erməni yol qəzalarında ölüb

10 ildə 3600-dən çox erməni yol qəzalarında ölüb

Aktual

9 Aprel 2025, 13:12

2024-cü ildə Ermənistanda 4314 yol qəzası baş verib, nəticədə 333 nəfər ölüb, 6116 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bunu aprelin 9-da parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin üzvü, hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan mövzu ilə bağlı dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, təkcə 2025-ci ilin yanvar-mart aylarında 988 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 60 nəfər ölüb, 1391 nəfər xəsarət alıb.

“Yəni, çox kobud statistik rəqəmlərə istinad etsək, məlum olur ki, 3 milyon əhalisi olan ölkədə sülh dövrünün 10 ili ərzində 3600-dən çox insan həlak olub, 70 minə yaxın insan yaralanıb. Eyni zamanda, unutmaq olmaz ki, 2-3 min qurbanı ömürlük əlil olub", - Xaçatryan deyib.

Bu rəqəmlərə deputatın qeyd etdiyi kimi, maddi ziyanla nəticələnən hadisələr daxil deyil.

“Təkcə 2024-cü ildə 72 minə yaxın maddi ziyanla nəticələnən yol qəzası qeydə alınıb:

“Həmin il sığorta şirkətləri tərəfindən 20 milyard dramdan artıq kompensasiya ödənilib”.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi