Rusiya Ermənistan və Azərbaycanı sərhəddə eskalasiyadan qaçmağa çağırır.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O vurğulayıb ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyəti diqqətdə saxlayır.
"Biz Bakı və İrəvanı təmkinli olmağa, gərginliyi azaltmaq üçün addımlar atmağa və vəziyyəti pisləşdirə biləcək hər hansı hərəkətdən çəkinməyə çağırışımızı təkrar edirik", - Zaxarova bildirib.