Modern.az

Rövşən Nəcəfə yeni vəzifə verildi

Rövşən Nəcəfə yeni vəzifə verildi

Aktual

9 Aprel 2025, 16:45

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfə yeni vəzifə verilib.

Modern.az-ın məlumatına görə, o, Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasına rəhbərlik edəcək.

Rövşən Nəcəf 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. O, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentidir.

Qeyd edək ki, Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamı ilə yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ