Modern.az

Ərdoğan Öcalanın nümayəndələrilə sabah görüşəcək

Ərdoğan Öcalanın nümayəndələrilə sabah görüşəcək

Aktual

9 Aprel 2025, 21:54

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah DEM Partiyasının nümayəndə heyəti ilə görüşəcəyi açıqlanıb.

Modern.az xəbər verir ki, “Yeni Şafak”ın məlumatına görə, Ərdoğanla sabahkı görüşdə iştirak edəcək DEM Partiyasının nümayəndə heyətinin tərkibinə Türkiyə Böyük Millət Məclisinin sədr müavini və İstanbul millət vəkili Sırrı Süreyya Öndər və Van millət vəkili Pervin Buldan daxildir

Mardin Böyükşəhər Bələdiyyə Başçısı Əhməd Türkün xəstəliyi səbəbindən görüşə qatıla bilməyəcəyi öyrənilib.

Prezident Ərdoğan martın 12-də jurnalistlərin sualları əsasında DEM Partiyası İmralı heyəti ilə görüşə biləcəyini açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü