Modern.az

Sabirabadda evdə yananların son vəziyyəti AÇIQLANDI

Sabirabadda evdə yananların son vəziyyəti AÇIQLANDI

Aktual

10 Aprel 2025, 09:44

10 aprel 2025-ci il tarixində saat 04:40 radələrində Sabirabad rayonunun Balahəşimxanlı kəndində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində 7 nəfər (4 qadın, 3 kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 6 nəfər ambulator müalicə üçün evə buraxılıb:

"2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) bədənin 99 faizini əhatə edən 3-cü dərəcəli yanıq diaqnozu təyin olunub. Pasiyentə bütün zəruri reanimasiya tədbirləri göstərilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir və ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi planlaşdırılır".

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi