Modern.az

Sabah Yevlaxın 21 kəndinin qazı KƏSİLƏCƏK

Sabah Yevlaxın 21 kəndinin qazı KƏSİLƏCƏK

Aktual

10 Aprel 2025, 18:03

Sabah Yevlax rayonunun 21 kəndinin qaz təchizatında fasilə yanacaq.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Zaqatala xidmət sahəsində yerləşən ”Xaldan” qazpaylayıcı stansiyasından (QPS) qidalanan əhali daşıyıcı qaz kəmərinin Əkşəm kəndi ərazisində kanal üzərindən keçən d-219 mm-lik polad boruda yaranmış sızma aradan qaldırılacaq.

Bu məqsədlə “Xaldan” ölçü qovşağından daxildən (kollektorun çıxışından), aprelin 11-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatınin (21 kənd olmaqla 5 791 abonent) dayandırılması planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI